Dünyadakı uşaqların təqribən 93%-i, yəni 15 yaşınadək 1,8 milyard uşaq çirkli hava ilə nəfəs alır. Bu da kritik inkişaf fazaları zamanı pis sağlamlıq nəticələrinə gətirib çıxarır.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın Səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində keçirilən tədbirdə deyib.
O bildirib ki, körpələr və uşaqlar xüsusilə havanın çirklənməsinə məruz qaldıqda bu, ağciyərlərin sağlamlığına ciddi mənfi təsir edir.
Nazir eyni zamanda Səhiyyə Nazirliyinin ətraf mühitin mühafizəsi ilə məşğul olan qurumlarla birlikdə ölkə ərazisində havanın keyfiyyətinə fəal şəkildə nəzarət etdiyini diqqətə çatdırıb: