AZ

Livanda İtaliya hərbi kontingentinin yerləşdiyi baza qumbaraatanla vurulub

BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin yerləşdiyi Şama şəhərindəki bazası qumbaraatanla vurulub. SİA xəbər verir ki, İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani israilli həmkarından baş verənlərlə bağlı açıqlama tələb edib. Antonio Tayani İsrail tərəfinin hadisənin dərhal araşdırılacağına zəmanət verdiyini qeyd edib: “UNIFIL personalına və infrastruktura qarşı hücumlar qəbuledilməzdir. Bu hücumlara qarşı təminat tələb etdim”.

UNIFIL-in məlumatında isə bildirilib: “Sülhməramlılara qarşı hücumlar beynəlxalq humanitar hüququn və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin ciddi şəkildə pozulmasıdır”.

Qumbaraatan mərmisinin bazadakı idman zalına düşdüyü və partlamadığı bildirilib.

Qeyd edək ki, İtaliyanın UNIFIL-də mindən çox hərbçisi var.

Seçilən
77
1
sia.az

2Mənbələr