AZ

ABŞ-də "11 sentyabr üslubunda" yeni hücum planlaşdırılıbmış: Terrorçu Ənəs Səid ələ keçdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Hyuston şəhərində (Texas) terror aktı törətmək istəyən 28 yaşlı Ənəs Səidi saxlayıblar.
Oxu.Az-ın İzvestiya.ru-ya istinadən xəbərinə görə, bu barədə xüsusi xidmət orqanının yerli bölməsindən məlumat verilib.
Məlumata görə, Ənəs Səidin 11 sentyabr 2001-ci ildə Nyu-York şəhərində törədilən terror aktının ssenarisinə uyğun terror hazırladığı məlum olub.
"Hyustondakı FTB 28 yaşlı Ənəs Səidin həbs olunduğunu elan edir. O, İŞİD-ə maddi dəstək verilməsində cəhddə və elə özünün də etirafına görə, ABŞ ərazisində terror aktı planlaşdırmaqda ittiham olunur. Və bütün bunları Hyustonun ucqar qərbindəki mənzilindən həyata keçirməyi planlayırmış", - deyə xüsusi xidmətin "X" hesabındakı paylaşımında bildirilib.
Qeyd olunur ki, Səid ötən həftə yaşadığı yaşayış kompleksində həbs edilib. Dindirilmə zamanı şübhəli etiraf edib ki, "11 sentyabr üslubunda" hücum planlaşdırıb. Həmçinin o, Hyustonda çağırış məntəqələrinə hücum etməyin yollarını da araşdırıb və qruplaşmanın terror ideologiyasını təbliğ etməyə çalışıb.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə" qruplaşmasından olan 19 terrorçu ABŞ-də dörd sərnişin təyyarəsini ələ keçirib. Onlardan ikisini o zaman Nyu-Yorkun ən hündür binaları olan Dünya Ticarət Mərkəzinin qüllələrinə, üçüncüsünü isə Vaşinqton ətrafında yerləşən Pentaqon binasına yönəldiblər. Dördüncü təyyarə də ABŞ paytaxtına doğru uçub, lakin Pensilvaniya ştatında Şanksvill şəhəri yaxınlığında qəzaya uğrayıb. Terror aktları nəticəsində 2 977 nəfər həlak olub.
Seçilən
78
50
oxu.az

10Mənbələr