AZ

Bu gün Türkiyənin oyunu var

Türkiyə yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün növbəti oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, B Liqasının 4-cü qrupunda mübarizə aparan kollektiv 5-ci turun matçında Uelsi qəbul edəcək.

Kayseri Böyükşəhər Bələdiyyəsi Kadir Has Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Vinçentso Montellanın rəhbərlik etdiyi “ay-ulduzlular” ciddi itkilərlə meydana çıxacaq. Belə ki, cəzalı olan Kənan Yıldız bu matçda oynamayacaq. 

Çağlar Söyüncü və Ferdi Kadıoğlu isə zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər.

Xatırladaq ki, bu yığmalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb.

Seçilən
37
3
qafqazinfo.az

4Mənbələr