AZ

Limonlu su içməyin zərərləri barədə xəbərdarlıq

Limonlu su qan şəkərini azaldan içki kimi tanınıb.
Mütəxəssislər limon suyu ilə suyun faydalı olub-olmadığını və bu içkinin sağlamlığınıza zərər vermədən nə qədər içə biləcəyinizi öyrənməyə çalışıblar.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, məşhurlar Miranda Kerr və Qvinet Peltrou pərəstişkarlarına əla formada qalmağı necə bacardıqlarını danışıblar.

Onların fikrincə, sağlamlığın və gözəlliyin sirri limondadır. Buna görə də hər gün limon suyu ilə adi su içirlər.
Mütəxəssislər qeyd edirlər ki, limonlu su həqiqətən də vitamin və digər qiymətli maddələrin mənbəyidir. İçki maddələr mübadiləsini sürətləndirə bilər, bu da əlavə çəkilərdən qurtulmağa kömək edir və həmçinin immunitet sistemini gücləndirir.

Fakt budur ki, limon C vitamini anbarıdır. O, orqanizmin virus və bakteriyalara qarşı müqavimətinə kömək edir, həmçinin dəmirin daha yaxşı mənimsənilməsinə kömək edir.

Qeyd olunur ki, bir stəkan mayeyə 50 q şirə əlavə etsəniz, o, gündəlik askorbin turşusuna olan tələbatın demək olar ki, 20% -ni ödəyəcək.
Bundan əlavə, limonlu su qanda şəkərin səviyyəsini azaltmağa kömək edir və pektin, efir yağları, fruktoza və üzvi turşular sayəsində ödqovucu, antioksidant, iltihab əleyhinə, qızdırmasalıcı və hemostatik təsir göstərir.

Ancaq mütəxəssislər xəbərdarlıq edir ki, belə bir içkinin həddindən artıq qəbulu zərəlidir. Sağlamlığınıza zərər vermədən bu içkidən gündə üç stəkandan çox içə bilməzsiniz.
Həmçinin, bir insanın mədə problemi, məsələn, qastrit və ya xorası varsa limonlu su kontrendikedir. Üstəlik, limon bir allergendir. Əgər allergiyanız varsa, limonlu su içməmək daha yaxşıdır.
Limon turşusu da diş minasına zərər verə bilər. Ona görə də bu içkini borucuq vasitəsilə içmək daha yaxşıdır.

Seçilən
67
ucnoqta.az

1Mənbələr