ABŞ Senatındakı iki demokrat Pentaqon və Baş Prokurordan amerikalı sahibkar İlon Maskın Rusiya ilə əlaqələri barədə məlumatları yoxlamağı tələb edib.
Teleqraf.com xəbər verir ki, "Reuters" bu barədə senatorların məktubuna istinadən məlumat yayıb.
Məlumata görə, "SpaceX" şirkətinin rəhbəri milyard dollarlıq müqavilələrə nəzarət edir. Ona görə də Xarici Əlaqələr Komitəsinin üzvü Jeanne Şeykin və Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Cek Rid Pentaqon və ABŞ kəşfiyyatından Maskın əlaqələri ilə bağlı məlumatların araşdırılmasını tələb edib.
“ABŞ-ın tanınmış rəqibi ilə ABŞ hökumətindən milyardlarla dollar alan cənab Mask arasında olan bu əlaqələr onun etibarlılığı ilə bağlı ciddi suallar yaradır” - məktubda deyilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta