AZ

Balıq tutmaq adı ilə rayona gedən şəxs Bakıya qayıdıb dostunun evini yardı - FİLİM KİMİ HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Orxan Həsənovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə o, 6  il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 25 aprel 2024-cü il tarixdə, saat 12 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Greenville” yaşayış massivində yerləşən mənzillərin birində qeydə alınıb.

 

Belə ki, Orxan Həsənov həmyerlisi və yaxın dostu olan Kənan Babayevin (soyadı şərti) mənzilindən 72 min manat pul oğurlayıb.

 

Hadisədən əvvəl o, Kənanla öz aralarında danışıb, Sabirabad rayonuna balıq tutmağa gedib. Bu məqsədlə onlar “Rentecar”dan icarəyə maşın götürüblər və 24 aprel 2024-cü il tarixdə, axşam saat 21 radələrində Sabirabad rayonuna yola düşüblər. Sabirabad rayonuna çatanda ilk olaraq Orxan maşından düşüb, Kənan isə avtomaşınla gedib. O, gecə yaşadığı evdə olan zaman Bakı şəhərinə qayıtmağa və Kənanın evindən oğurluq edib borclarını qaytarmaq qərarına gəlib. Sonra Orxan Bakıya gedib Kənanın mənzilində seyfin qapısını özü ilə gətirdiyi dəmir alətlə sındırıb açıb. O, seyfdən pulları götürdükdən sonra yenidən Sabirabad rayonuna qayıdıb və borclarını qaytarıb. Orxan səhəri gün də Kənanla birlikdə Bakıya qayıdıb. 

 

Kənan evindən oğurluq edildiyini görüb və hüquq mühafizə orqanlarına müraciət edib. Araşdırma nəticəsində hadisəni Orxanın etdiyi məlum olub və o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

Tarix: 16 Noyabr 2024, 09:05   
Seçilən
37
pravda.az

1Mənbələr