AZ

Gömrük Komitəsi "Harmoni Seramik"ə cərimə yazdı

"Harmoni Seramik" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsi üzrə protokol tərtib edib.

 

İş Suraxanı Rayon Məhkəməsinin hakimi Nərminə Rzayevanın sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 16 Noyabr 2024, 09:10   
Seçilən
47
3
pravda.az

5Mənbələr