AZ

Politoloq: Kılıncdaroğlunun səhvlərini Özel çox yaxşı anlayır...

Türkiyənin gələcək iqtidarı ilə rəsmi Bakı arasında münasibətlər yaradılır?..

Əli Zülfüqaroğlu: “İndidən gələcəkdə Türkiyənin hakim partiyanın kimin olacağını söyləmək düzgün deyil. Çünki AKP hələ kifayət qədər güclüdür və AKP-nin hakimiyyəti dövründə Türkiyə kifayət qədər güclənib”.

“Özelin istər Türkiyə lideri Ərdoğanla görüşməsi, istər münasibətlərin sağlamlaşması istiqamətində addımların atılması, istərsə də Azərbaycan prezidentinə zəng etməsi və Azərbaycana yönəlik siyasətin inkişaf etməsi çox önəmlidir”.

Bu sözləri politoloq Əli Zülfüqaroğlu Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlunun Bakı səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində Azərbaycana gəlib. O, ümummili lider Heydər Əliyevin məzarını və Bakıda Türk Şəhidliyini ziyarət edib. İmamoğlunun Bakı səfərində bu kimi bəzi məqamlar diqqət çəkib. Maraqlıdır ki, bir müddət öncə onun üzvü olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmişdi. Bəzi ekspertlərin fikrincə, bu, Türkiyənin gələcək iqtidarı ilə rəsmi Bakı arasında yaradılan münasibətlər sistemidir.

Mövzunu Poliqon-un əməkdaşı politoloq Əli Zülfüqaroğlu ilə müzakirə edib.

Əli Zülfüqaroğlu: “Ərdoğanla düşmənçilik üzərindən aparılan siyasət CHP-yə böyük zərər verdi”.

Özel partiya sədri olandan sonra AKP ilə münasibətləri yaxşılaşdırdığını nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Özelin Ərdoğanla görüşməsi CHP daxilində müəyyən narazılıqlar yaratsa da, bu tamamilə doğru və adekvat addım idi:

“İndidən gələcəkdə Türkiyənin hakim partiyanın kimin olacağını söyləmək düzgün deyil. Çünki AKP hələ kifayət qədər güclüdür və AKP-nin hakimiyyəti dövründə Türkiyə kifayət qədər güclənib. Eyni zamanda Türkiyə daxilində müəyyən problemlər özünü büruzə verir. Xüsusilə, partiyalar arasındakı zədələnmələr var. CHP sədri Özgür Özelin atdığı pozitiv addımlar Türkiyə siyasətinin sağlamlaşıdırlması baxımından önəmli rol oynayacaq. Yəni Özel partiya sədri olandan sonra AKP ilə münasibətləri yaxşılaşdırdı. Özelin Ərdoğanla görüşməsi CHP daxilində müəyyən narazılıqlar yaratsa da, bu tamamilə doğru və adekvat addım idi.

Bundan sonra Türkiyənin siyasi səhnəsində iqtidar və müxalifət partiyaları arasındakı münasibətlərin müsbət məcrada inkişafı gözlənilir. Əlbəttə, CHP-nin keçmiş sədri Kemal Kılıncdaroğlunun yol verdiyi səhvlər seçkilərin uduzulmasına, CHP-nin indiyə qədər məğlubiyyətinə gətirib çıxardı. Ərdoğanın düşmənçiliyi üzərindən aparılan siyasət CHP-yə böyük zərər verdi.

Eyni zamanda Kılıncdaroğlu seçki dönəmində Azərbaycanla bağlı da səhvə yol verdi. Kılıncdaroğlunun məlum mesajı, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesaj yanlış idi və bu seçkidə CHP-nin əleyhinə işlədi. Bu səhvləri yeni sədr Özel çox yaxşı anlayır. Onun istər Türkiyə lideri Ərdoğanla görüşməsi, istər münasibətlərin sağlamlaşması istiqamətində addımların atılması, istərsə də Azərbaycan prezidentinə zəng etməsi və Azərbaycana yönəlik siyasətin inkişaf etməsi çox önəmlidir. Bu məqamlar ilk öncə CHP-nin özü üçün müsbətdir. Buna görə də bu məsələləri məhz bu konteksdə dəyərləndirmək düzgün olar”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
62
poliqon.info

1Mənbələr