“Fitch Ratings” Agentliyi (Agentlik) tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin növbəti qiymətləndirilməsi həyata keçirilib. Agentliyin qiymətləndirməsinə əsasən, Fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər “BBB-/Stabil” səviyyəsində təsdiq edilib.
İndex.az xəbər verir ki, “Fitch”in mövqeyinə görə reytinqin ölkə reytinqinə bərabər “BBB-” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması Fond ilə dövlət arasında möhkəm əlaqələrin olması, əhalinin əlverişli şərtlərlə mənzillə təmin edilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin asanlaşdırılması yolu ilə biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyət kəsb etməsi ilə bağlıdır.
“Fitch Ratings” Agentliyi 2009-cu ildən etibarən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır.