AZ

Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə əsas rol oynayır - COP29-un prezidenti

Bakı. Trend:

Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə əsasrol oynayır.

Trend xəbərverir ki, bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbiisərvətlər naziri Muxtar Babayev “Yaşıl Rəqəmsal Fəaliyyət”mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada deyib.

“Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə əsasrol oynayır. Onlar iqlimin monitorinqi, erkən xəbərdarlıqsistemləri, enerji səmərəliliyinin artırılması və dövriiqtisadiyyat prinsiplərinin təşviqi üçün güclü vasitələr təqdimedir.

Eyni zamanda, rəqəmsal alətlərin geniş yayılması ilə onlarınekoloji təsirlərini də nəzərə almalıyıq. Bu, enerji istehlakınınartması, tullantıların çoxalması və elektron tullantılar probleminiəhatə edir.

Dünya Bankının məlumatına görə, hazırdainformasiya-kommunikasiya texnologiyaları sektoru qlobaltullantıların təxminən 4 faizinə cavabdehdir. Biz bu təsiriminimuma endirmək üçün hərəkətə keçməliyik”, - deyə M. Babayevvurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
84
2
az.trend.az

10Mənbələr