AZ

Dəhşətli cinayət: 63 yaşlı ata 13 yaşlı qızına təcavüz edibmiş

Rusiya mediası məhkəməninin ölkədə baş vermiş dəhşətli cinayət hadisəsinə verdiyi cəzadan yazır. Məlumata görə Kursk vilayətində 13 yaşlı qızını zorlayan yerli sakinə hökm oxunub. Sosial şəbəkələrin Rusiya seqmentində müzakirələ səbəb olan ata 12,5 il həbs cəzası alıb. 

Müstəntiqlərin fikrincə, 63 yaşlı kişinin yanına onun həyat yoldaşı, onun bacısı və 13 yaşlı qızı gəlibmiş. 2023-cü ilin yayında isə təqsirləndirilən şəxs uşağa təcavüz edib.

“O, hamilə qaldı və bunu gizlətdi. Sonradan hadisəni gizlətmək qeyri-mümkün olanda məhkəmə-genetik ekspertizası təyin edilib və nəticədə zorakılığa məruz qalan qızın məhkum tərəfindən zorlanması məlum olub. O, uşaq dünyaya gətirib...”, - deyə Kursk məhkəməsinin mətbuat xidmətindən bildirilib.

63 yaşlı kişi saxlanılıb və faktla bağlı cinayət işi açılıb. İstintaq zamanı təqsirləndirilən şəxs baş verənləri xatırlamadığını deyərək təqsirini boynuna almayıb. Məhkəmənin hökmü ilə o, 12,5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək.

Tural

Seçilən
47
news365.az

1Mənbələr