AZ

“Xəyal Adası” ötən ili 6,6 milyon manat - ZƏRƏRLƏ BAŞA VURUB - HESABAT

“Xəyal Adası” MMC ötən ilin maliyyə hesabatını açıqlayıb.

FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin gəlirləri  36 milyon  491 min manat təşkil edib. Gəlirlər illik müqayisədə 6 milyon 123 min manat (20,2%) artıb.
Satışın maya dəyəri üzrə xərclər 17 milyon 288 min manat olub ki, bu da son bir ildə 2 milyon 258 min manat (15%) çoxdur.
Beləliklə şirkət ötən il 19 milyon 203 min manat ümumi mənfəət əldə edib. Mənfəət 2022-ci ilə nisbətən 3 milyon 866 min manat, başqa sözlə 25,2% çoxdur.

Bu dövrdə şirkətin ümumi və administrativ xərcləri 2 milyon 179 min manat və ya 11,7% artaraq 20 milyon 779 min manata yüksəlib.

Sair əməliyyat gəlirləri 652,8 min manat, xərcləri 62,8 min manat təşkil edib. İllik müqayisə ilə gəlirlər 243,7 min manat (59,6%), xərclər isə 8,1 min manat (14,8%) artıb.

Şirkətin əməliyyat zərəri 1 milyon 922 min manat (2,9 dəfə) azalaraq 98 min manata düşüb.
Cəmi zərərdə isə 2 milyon 146 min manatlıq (32%) azalma qeydə alınıb. Beləliklə şirkət 2023-cü ili 4 milyon 519 min manat xalis zərərlə başa vurub.

Bundan başqa amortizasiya xərcləri 257 min manat (6,8%) azalaraq 3 milyon 520 min manata, maliyyə xərcləri 2,9 min manat (30%) artaraq 12,5 min manata bərabər olub.
Ümumilikdə şirkət 6 milyon 562 min manatlıq zərər edib. 2022-ci ildəki zərəri isə 8 milyon 887 min manat idi. Beləlikə şirkətin zərəri 2 milyon 325 min manat (26%) azalıb.

“Xəyal Adası” MMC-nin aktivləri 317 milyon 886 min manat təşkil edib. Akitvlər son bir ildə 6 milyon 926 min manat (2,2%) böyüyüb.
Şirkətin öhdəlikləri isə 13 milyon 488 min manat (9,1%) artaraq 161 milyon 99 min manata yüksəlib .
Kapitalın həcmində 6 milyon 562 min manat (4%) azalma qeydə alınıb və 156 milyon 787 min manat olub.
Nizamnamə kapitalı 100 milyon manat olaraq qalıb və dəyişiklik olmayıb.
Şirkət yığılmış zərəri 4 milyon 519 min manat və ya 75% artaraq 10 milyon 548 min manata çatıb.

Seçilən
25
fed.az

1Mənbələr