AZ

2030-cu ilə qədər İKT sektorunun tullantıları qlobal səviyyənin 8 faizinə çata bilər - Rəşad Nəbiyev

Bakı. Trend:

2030-cu ilə qədər informasiya-kommunikasiya texnologiyaları(İKT) sektorunun tullantıları qlobal səviyyənin 8 faizinə çatabilər.

Trend xəbər verir ki, bunuAzərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev“Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəlidəyirmi masada deyib.

“Qiymətləndirmələrə görə, İKT sektoru qlobal tullantıların 1,5faizindən 4 faizinə qədərini təşkil edir. Təkcə məlumat mərkəzləridünya üzrə elektrik enerjisinin təxminən 1 faizini istehlakedir.

Tədqiqatlar göstərir ki, 2030-cu ilə qədər İKT sektorununtullantıları qlobal səviyyənin 8 faizinə çata bilər. Bu çağırışlaracavab olaraq, bir çox ölkələr məlumat mərkəzlərinioptimallaşdıraraq, enerjinin idarə edilməsi və innovativ soyutmatexnologiyaları vasitəsilə enerji istehlakını 40 faizədək azaldıb.“Yaşıl Rəqəmsal Fəaliyyət” təşəbbüsü rəqəmsal inkişafı iqlimtədbirləri ilə uyğunlaşdırmaq üçün mühüm bir addımdır”, - deyə ovurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
91
az.trend.az

1Mənbələr