İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dekabrın 19-da növbəti dəfə torpaq hərracları keçirəcək.
Mia.az xəbər verir ki, hərraclar ƏMDX-nın Gəncə, Ucar, Bərdə, Xaçmaz, Cəlilabad və Şəkidə yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 21 torpaq sahəsi çıxarılacaq.