Noyabrın 15-dən 16-na keçən gecə Arlinqtonda (ABŞ, Texas) super ağırçəkili boksçular arasında rəsmi döyüş keçirilib.
QOL.az-ın xəbərinə görə, boks dünyasının uzun müddətdir gözlədiyi görüşdə rinqə "Dəmir Mayk" ləqəbl keçmiş dünya çempionu əfsanəvi Mayk Tayson (58 yaş) və 27 yaşlı boksçu-videobloger Ceyk Pol çıxıblar.
Görüş 8 raunddan ibarət olub. Döyüşdə Ceyk Pol 79 - 73 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Mayk Tayson bunadək peşəkar boskda 58 döyüş keçirmişdi, 50-də qələbə qazanmışdı (44-nü nokautla), 6-da uduzmuşdu. 2 döyüşdə isə qalib müəyyənləşməyib.
Ceyk Pol üçün isə bu, 12-ci döyüş olub. O, daha əvvəl keçirdiyi 10 döyüşdə qalib gəlib, 1-də məğlub olub.
Boksçular nə qədər qazanacaq?
Xarici medianın yazdığına görə, bu döyüş üçün Ceyk Pol 40 milyon dollar, Mayk Tayson isə 20 milyon dollar qazanacaq.