AZ

Ukraynaya verilən milyardların hesabatı tələb edilir

Ukraynadakı korrupsiya ölkənin NATO və Avropa İttifaqına üzvlüyünə əsas maneələrdən biri olaraq qalır.

KONKRET.az xəbər verir ki, bu qiymətləndirmə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, Dövlət Departamentinin və Pentaqonun baş müfəttişlərinin ofislərinin birgə hesabatında yer alıb. Məlum olub ki, Rusiya tərəfindən hərbi əməliyyatlar başlayandan bəri ABŞ Ukraynaya 182,99 milyard dollar ayırıb. Bu məbləğin 131,36 milyard dolları hərbi ehtiyaclara xərclənib. Eyni zamanda, hesabatda qeyd olunur ki, Ukraynadakı korrupsiya onun Aİ və NATO-ya daxil olma ehtimalını çətinləşdirir:

“Hakimlərə, siyasətçilərə və dövlət məmurlarına qarşı korrupsiya ittihamları irəli sürülüb.Müdafiə Nazirliyi bir çox korrupsiya qalmaqallarının mərkəzindədir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
20
konkret.az

1Mənbələr