Bəzi bürclər özünəməxsus xarakterləri və möhkəm duruşları ilə hər zaman diqqət çəkirlər. Astroloqlara görə, onlar üçün kiməsə xoş gəlmək, uyğunlaşmaq lazım deyil. Özünəinam və nəciblikləri ilə seçilən bu bürclər həm şəxsi, həm də sosial münasibətlərdə müstəqilliklərini qoruyurlar.Metbuat.az xarivi KİV-ə istinadən ən güclü xarakterə malik həmin 3 bürcü təqdim edir:Şir: Doğuşdan lider, həmişə müstəqilŞir bürcü özünəinamın və liderliyin rəmzidir. Şirlər doğuşdan lider xarakteri daşıyır, heç vaxt başqalarının təsdiqinə ehtiyac duymurlar. Öz yollarını seçir və qərarlarını sərbəst şəkildə qəbul edirlər. Onların duruşunda təbii nəciblik və güclü özünəinam vardır.Əqrəb: Gizli və güclü tənhalıqƏqrəb bürcləri zəngin daxili dünyaları və güclü intuisiyaları ilə tanınır. Tənhalıq onlar üçün bir seçimdir. Bu vəziyyət onlara rahatlıq və güc verir. Münasibətlərdə belə müstəqilliklərini qoruyan Əqrəblər heç kimə bağlı olmadan yaşamağı bacarırlar.Oğlaq: Zirvəyə təkbaşına qalxan strategOğlaq bürcləri hədəflərinə çatmaq üçün təkbaşına hərəkət etməkdən çəkinmirlər. Başqalarına güvənmək əvəzinə, öz iradə və qərarlılıqları ilə yollarını işıqlandırırlar. Soyuqqanlı və strateji düşüncə qabiliyyətləri onları başqalarına ehtiyac duymadan irəliləyən bürclərdən biri edir.