AZ

Norveç modeli - Oslo Ukraynanın silah istehsalını maliyyələşdirəcək

Ukraynanın müdafiə naziri Rustem Umyerov "Facebook" sosial şəbəkəsində Norveçin Ukraynanın silah və texnika istehsalını maliyyələşdirəcəyini bildirib...

Poliqon xəbər verir ki, nazirin sözlərinə görə, Oslo səfəri zamanı Norveçin baş naziri Yonas Har Stör və müdafiə naziri Byorn Arild Qramla görüşüb.

Tərəflər Norveçin dəstəyin "Danimarka formatına" - Ukraynada istehsalın birbaşa maliyyələşdirilməsinə qoşulacağı barədə razılaşa bilib.

"Bu, Müdafiə Qüvvələrimiz üçün lazım olan silahların daha tez istehsalını və tədarükünü mümkün edəcək", deyə Umerov vurğulayıb.

Bundan əlavə, yeni əməkdaşlıq formatı - "Norveç modeli" müzakirə olunub.

"Söhbət Ukraynanın müdafiə texnologiyaları şirkətlərinə investisiyanın yeni modelindən gedir. Təfərrüatlar daha sonra olacaq", deyə nazir əlavə edib.

Sentyabrın 29-da məlum olub ki, Danimarka Ukraynaya silah və hərbi texnikanın alınması üçün 4,2 milyard Danimarka kronu (təxminən 629 milyon dollar) verəcək. Noyabrın 11-də bildirilib ki, Danimarka və İsveç Ukrayna üçün 535 milyon avro dəyərində Ukrayna istehsalı olan silahlar alacaq.

Həmçinin, Avropa Komissiyası tarixində ilk dəfə olaraq birgə silah alışına dair qərarı təsdiqləyib. 5 irimiqyaslı layihənin maliyyələşdirilməsi təsdiqlənib, onların əksəriyyəti satınalma, o cümlədən Ukrayna üzrədir.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr