AZ

"200 kiloqramlıq yükü 4 fəhləyə daşıtdırırlar, ancaq..." - Fəhlələrə üzr məktubu yazdırırlar

“Azəriqaz” istehsalat Birliyinin iş şəraitindən, ezamiyyət xərclərindən şikayət edən 18 işçisi sonradan üzr ərizəsi yazmağa məcbur edildiklərini deyirlər.

Mia.az-ın məlumatına görə, məlumatı Meydan TV-yə həmin işçilərdən bir neçəsi təsdiqləyib. Bildiriblər ki, ilkin olaraq bir neçə nəfər ərizə yazaraq guya imzaladıqları şikayətdə nələr yazıldığından xəbərsiz olduqlarını açıqlayıblar.

“Başqa əlac qalmadı, iş tapmaq problemdir. Hamı ailəni dolandırmaq məcburiyyətindən təzyiqlərə boyun əyir”,-əməkdaş iş şəraitinə baxmayaraq, işini itirməkdən qorxduğunu etiraf edib.

“Qaydalara görə fəhlələr 35 kiloqrama yaxın yükü 60 metr məsafəyə qədər fasiləli rejimlə daşımalıdırlar. Lakin 200 kiloqramlıq yükü 4 fəhləyə daşıtdırırlar. İş şəraitinə etiraz edənlərə isə işdən çıxmağı məsləhət görürlər”,-şikayətçilər bildiriblər.

Seçilən
45
2
mia.az

3Mənbələr