Olaylar.az xəbər verir ki, bu barədə məlumat Pentaqonun baş inspektorunun hesabatında qeyd edilib.
Hesabata görə, ayrılan vəsaitin böyük hissəsi "Atlantik qətiyyət" əməliyyatına və Kiyevə dəstək məqsədilə digər tədbirlərə sərf olunub. Yardımın təxminən üçdə ikisi, yəni 131,36 milyard dolları hərbi ehtiyaclara yönəldilib. Audit hesabatında qeyd olunur ki, bu ehtiyaclar illər keçdikcə artmaqda davam edib.
Yardım müxtəlif federal qurumlar - Pentaqon, Dövlət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə ayrılıb.
Hesabatda göstərilən məlumatlara əsasən, 46,51 milyard dollar ABŞ-ın Avropadakı hərbi fəaliyyətini gücləndirməyə, 45,78 milyard dollar isə Ukraynaya verilən avadanlığın əvəzinin ödənilməsi üçün Pentaqona ayrılıb. Bundan əlavə, 43,84 milyard dollar Ukrayna dövlət idarəçiliyi proqramlarına, o cümlədən dövlət qulluqçularının maaşlarına yönəldilib. Son olaraq, 4,08 milyard dollar humanitar yardımlara sərf olunub.
ABŞ dövlət katibi Entoni Blinkenin daha əvvəl verdiyi məlumata görə, prezident Co Bayden Kiyevə ayrılan vəsaitin hər dollarını öz prezidentlik müddətinin sonuna qədər çatdırmağı planlaşdırır. Ağ Evin rəhbəri bildirib ki, Ukraynaya dəstəyin davam etdirilməsi ABŞ-ın milli maraqlarına cavab verir və prezident postundan getməzdən əvvəl bu yardımı davam etdirmək niyyətindədir.