AZ

Almaniyada “Taurus” raketlərinin Ukraynaya verilməsi ilə bağlı səsvermə keçirə bilər

Alman siyasətçi Dürr Bundestaqda “Taurus” raketlərinin Ukraynaya verilməsi ilə bağlı səsvermə keçirməyi təklif edib....

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın Azad Demokratik Partiyası (FDP) fraksiyasının sədri Kristian Dürr “Neue Osnabrücker Zeitung” qəzetinə müsahibəsində bildirib.

Kiyevin Almaniyanın uzaqmənzilli “Taurus” raketləri ilə təmin edilməsi məsələsinin yenidən gündəmə gətirilməsi Almaniyanın Ukraynaya dəstək verməsi üçün fürsət” olardı, deyə siyasətçi qeyd edib.

Alman deputat iddia edib ki, Bundestaqda Yaşıllar və Xristian Demokrat İttifaqının (CDU) dəstəyi ilə qəbul edilən müvafiq qətnamə uğurlu ola bilər.

Qeyd edək ki, noyabrın 10-da müxalif Xristian Demokrat İttifaqından (CDU) Almaniya kansleri namizədi Fridrix Merz seçiləcəyi təqdirdə Putinlə telefon danışığına hazır olduğunu bildirib. Eyni zamanda, Merz 24 saat ərzində Ukraynanın infrastrukturuna zərbələri dayandırmaq üçün Rusiyaya ultimatum irəli sürməyə hazır olduğunu da qeyd edib və əlavə edib ki, əks halda Kiyevə verilən silahların məsafə istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq və Ukrayna tərəfini uzun müddət uzaq mənzilli raketlərlə təmin edəcəyini bəyan edib.

Poliqon.info

Seçilən
51
poliqon.info

1Mənbələr