Dopinq qalmaqalından sonra karyerasına və nüfuzuna çox böyük zərbə dəyən Pol Poqbadan xəbər var.
4 illik cəzası İdman Arbitraj Məhkəməsi tərəfindən 18 aya endirilən ünlü fransalı futbolçu gələn ilin martın 11-dən etibarən yenidən yaşıl meydanlarda görünə biləcək. Poqba hələ də ''Yuventus''a məxsusdu və tərəflərin bu yaxınlarda yolları ayıracağı gözlənilir. Bu üzdən təcrübəli yarımmüdafiəçi özünə yeni klub axtarışındadı.
Bu arada Türkiyə mətbuatında yayılan iddialara görə Poqbanın meneceri ''Qalatasaray'' rəsmiləri ilə əlaqə saxlayaraq futbolçunun xidmətini bu kluba təklif edib. ''Qalatasaray'' rəsmiləri konkret bir cavab verməyiblər. Onlar düşünmək üçün vaxt istəyiblər. Poqba ötən ilin sentyabrın 23-dən bu yana cəza üzündən meydana çıxa bilmir.
Fransa yığması ilə DÇ-2018-in qalibi olmuş 31 yaşlı futbolçu indiyə qədər ''Mançester Yunayted''də 233 oyunda 39 qol, 48 məhsuldar ötürmə, ''Yuventus''da 190 oyunda 34 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta