AZ

Avstriyadan Rusiyaya ağır zərbə

Avstriyanın Baş naziri Karl Nehammer Rusiyanın enerji şirkəti “Qazprom”un ölkəsinə təbii qaz tədarükünü kəsəcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, ölkə mətbuatında “Qazprom”un Avstriyaya təbii qaz tədarükünü dayandıracağı xəbərinin ardından Baş nazir Nehammer "X" sosial media platformasından açıqlama verib.

Qeyd edib ki, Mərkəzi Avropanın aparıcı neft-qaz şirkətlərindən biri olan “OMV” tərəfindən “Qazprom”un tədarükün dayandırılması qərarı barədə məlumatlandırılıb və bu, Ukraynada müharibə başlayandan bəri gözlənilən vəziyyətdir.

Bu qış heç kimin "soyuqdan donmayacağına və heç bir evdə istilik problemi yaşanmayacağına" zəmanət verən Nehammer, "Tədbirlər görülüb. Qaz anbarları doludur və sabahdan etibarən digər mənbələrdən də kifayət qədər qaz alınacaq" deyib. 

Nehammer daha əvvəl gördükləri tədbirlərin bu gün istifadə ediləcəyini və qaz ehtiyatlarının yüzdə 93 olduğunu və bir illik ehtiyacı qarşıladığını bildirib.

Bütün təbii qaz təminatçılarının bu günə hazırlaşmaq üzrə öhdəliklərini yerinə yetirdiyini ifadə edən Nehammer, "Bu yolla Putinin bizi şantaj etməsinə icazə vermədiyimizi göstərəcəyik" deyib.

Seçilən
25
cebheinfo.az

1Mənbələr