AZ

“Azərbaycan sədrliyi ilə COP29-a möhtəşəm bir başlanğıc edib” – Hindistanlı qonaq

“Azərbaycan sədrliyi ilə COP29-a möhtəşəm bir başlanğıc edib. Burada olmaqdan çox məmnunuq. Əminik ki, bu il xüsusilə maliyyə məsələlərində, o cümlədən bərpa olunan enerji və günəş enerjisinə xüsusi diqqət yetirərək, böyük öhdəliklərin şahidi olacağıq”.

Bu sözləri Bizim.Media Hindistandan olan qonaq Aditya Tivari deyib. Onun sözlərinə görə sədrliyin iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlər üçün təxminən 500 milyon dollar elan etdiyini görmək sevindiricidir:

“Bu, digər ölkələri, xüsusən də qabaqcıl iqtisadiyyatları, iqlim fəaliyyətinə öz töhfələrini verməyə ruhlandırmalıdır. Biz müqavilə əsasında fəaliyyət göstərən hökumətlərarası bir qurumuq. "The solar hub" və üzvlüyümüz bütün dünyada 120 ölkəni əhatə edir. Xüsusilə kiçik ada inkişaf edən dövlətlərə və ən az inkişaf etmiş ölkələrə diqqət yetirərək, günəş enerjisini dünya üçün əsas enerji seçimi etmək üçün çalışırıq”.

Hindistanlı qonaq Azərbaycanda ilk səfərindən də danışıb:

“Bu, Azərbaycana və əlbəttə ki, Bakıya ilk səfərimdir. Məncə, bura gözəl bir ölkədir. İnanılmaz insanlar və yüksək qonaqpərvərlik mədəniyyətinə malikdir. Təbii ki, konfrans bizi məşğul edir, amma Bakını daha çox görmək üçün vaxt ayırmaq istərdim".

Nuray, Bizim.Media

Seçilən
30
32
bizim.media

10Mənbələr