AZ

Spiker: Azərbaycan qətiyyət nümayiş etdirdi

İqlim dəyişikliyi milli sərhədləri aşan və kollektiv səylər tələb edən bəşəriyyətin ən böyük problemidir.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə Milli Məclisin sədri Sahibə Qafarova deyib.

MM sədri qeyd edib ki, bu iclasda milli parlamentlərdən, parlamentlərarası təşkilatlardan və digər qurumlardan 90-a yaxın nümayəndə heyəti iştirak edir: “Bu, zəmanəmizin ən aktual problemi olan iqlim dəyişikliyi probleminin həllində qəti niyyətimizin və fədakarlığımızın əlamətidir. Dünyanın bütün ölkələri iqlim dəyişikliyindən təsirlənir. Ölkəmiz də istisna deyil. Son onilliklərdə Azərbaycan həddindən artıq istilər, su qıtlığı, Xəzər dənizinin səviyyəsinin azalması və daşqınlarla üzləşib. Çağırışın dərinliyini dərk edən və uzaqgörənlik nümayiş etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan COP29-dan əvvəl yaşıl gündəliyi milli inkişaf proqramlarına daxil etməklə, öz üzərinə könüllü öhdəliklər götürməklə, bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirməklə, yaşıl enerji zonaları yaratmaqla öz gələcək yolunda aydın inam və qətiyyət nümayiş etdirdi”.

Seçilən
22
1
apa.az

2Mənbələr