AZ

Gələn həftə Milli Məclisdə yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri müzakirə ediləcək

Image

Milli Məclisdə 2025-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, "Yaşayış minimumu haqqında", "Ehtiyac meyarı haqqında" qanun layihələrinin müzakirələrinin başladığı gün məlum olub. Milli Məclisin Əmək və sosial siyasət komitəsindən verilən məlumata görə, müzakirələr adıçəkilən komitədə noyabrın 21-də başlayacaq.

Xatırladaq ki, noyabrın 18-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq.

Mətləb Salahov





Seçilən
55
15
baki-xeber.com

10Mənbələr