Almaniya kansleri Olaf Şolzla Vladimir Putin arasında gözlənilən görüş baş tutub. Qeyd edilir ki, iki lider arasındakı uzun hazırlıq prosesindən sonra baş tutan görüş təxminən bir saat davam edib.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putin və Şolz arasında Ukrayna münaqişəsi ilə bağlı dialoq müsbət hal kimi qiymətləndirilir, lakin liderlər arasında fikir ayrılıqları var.
"Burada hər hansı konsensusdan danışmaq mümkün deyil. Ona görə ki, kifayət qədər dərin fikir ayrılıqları var. Bununla belə, dialoq faktı özlüyündə kifayət qədər müsbətdir" deyən Peskov bildirib.
O, həmçinin bildirib ki, Putin Ukrayna münaqişəsi və vəziyyətin gələcək inkişafı ilə bağlı Rusiyanın mövqeyini ətraflı şəkildə Şolza çatdırıb və Şolz da Almaniyanın mövqeyini ifadə edib və bu mövqe Avropanın digər nümayəndələri tərəfindən də daim təkrarlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Şolz-Putin görüşünü dəyərləndirib. Lavrov Kremlin bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə etdiyini bildirsə də, Almaniyanın reaksiyasının suallar doğurduğunu bildirib. Görüşdən sonra Almaniya hökumətinin verdiyi açıqlamada istifadə edilən "Ukraynanın müdafiəsində lazım olduğu müddətcə Almaniya Ukraynanın yanında olacaq" ifadəsinə də toxunan Lavrov, "Burada əsl sual bu "ehtiyac"ın kimə məxsus olmasıdır. Bu, şübhəsiz ki, Ukrayna xalqının ehtiyacı deyil” deyib.
“Der Spiegel” yazır ki, kansler Şolz Putinə zəng etməzdən əvvəl Ukrayna prezidenti Zelenski ilə telefonla danışıb. Qeyd olunur ki, Şolz Putinlə telefon danışığından sonra Zelenski ilə yenidən görüşmək istədiyini deyib. Alman mətbuatının yazdığına görə, Şolz həftələrdir ki, Amerika, Britaniya, Fransa hökumətləri və G7-nin digər tərəfdaşları ilə sıx koordinasiya şəraitində Putinlə telefon danışığına hazırlaşırmış.
TAHİR