Rəqəmsal texnologiyaların inkişafı həyatımızda çox böyük rol oynayır.
"Report" xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya nazirinin müavini Muhammet Kasim Gönüllü Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.
O, qeyd edib ki, rəqəmsal texnologiyaların inkişafına töhfə vermək üçün Türkiyədə texno parklar fəaliyyət göstərir: "Biz rəqəmsal infrastrukturun qurulmasına töhfə verməyə çalışırıq. Bu istiqamətdə işlər gücləndirilməlidir. Həmçinin savadsızlığın artırılması istiqamətində iş prinsiplərini həyata keçiririk. Burada bütün sektorlarda olduğu kimi, kiçik və orta sahibkarları da prosesə cəlb etmək lazımdır. Biz yaşıl rəqəmsal gündəlikdən böyük töhfələr əldə etməyi gözləyirik. Bu, COP30-dakı hədəflərə çatmaq üçün önəmlidir".