AZ

Ukrayna Aİ və NATO-ya niyə üzv ola bilmir? – ABŞ səbəbi açıqladı

Korrupsiya Ukraynanın Avropa İttifaqına və Şimali Atlantika Alyansına (NATO) üzvlük yolunda əsas maneə olaraq qalır.

KONKRET.az xəbər verir ki, bu barədə Pentaqonun 2024-cü il iyulun 1-dən sentyabrın 30-dək Konqresə təqdim etdiyi hesabatda deyilir.

Qeyd olunur ki, Ukraynada hakimlər, siyasətçilər və məmurlar korrupsiyada ittiham olunur və müdafiə idarəsi bir çox korrupsiya qalmaqallarında həlledici “oyunçu”ya çevrilib.

Bundan əlavə, materialda vurğulanır kimi, Ukraynada korrupsiya ilə bağlı problemlər münaqişə bitdikdən sonra dövlətin bərpasına mane olacaq.

Xatırladaq ki, Ukraynanın Müvəqqəti İstintaq Komissiyasının sədri Anna Skoroxod bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrində bütün səviyyələrdə korrupsiya faktları aşkar edilib.

Məlik,
KONKRET.az

Seçilən
18
konkret.az

1Mənbələr