AZ

Zəfər Parkı-Tariximizin möhtəşəm Səlnaməsi

Vətən müharibəsində qazanılan möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınan Zəfər Parkı bir sıra aspektləri özündə birləşdirir. Həm tarix həm mənəvi əhəmiyyət daşıyan parkın ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb.

Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.

Zəfər Parkının açılışında Prezident Ä°lham Əliyevin xalqa etdiyi müraciəti zamanı səsləndirdiyi fikirlər mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı “Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni – Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. Ä°llər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi” fikirləri ilə yeni tarixin yazıldığını, bu tarixdə Azərbaycanın yeni hədəflərinin olduğunu bildirdi. 

Onu da qeyd edək ki, Zəfər Parkı, gənc nəslin vətənpərvərlik hisslərini gücləndirmək və onların tarixi biliklərini artırmaq məqsədini güdür. Bu, gənclərin öz tarixləri və qəhrəmanları ilə qürur duymalarına şərait yaradır. Bu park yalnız fiziki məkan deyil, həm də bir simvol olaraq, Azərbaycanın tarixi zəfərini, müstəqillik uğrunda mübarizəni və ərazi bütövlüyü uğrunda xalqın verdiyi mücadiləni təmsil edir. Bu parkda, Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsini və bu mübarizədə şəhid olanların xatirəsini əziz tutan müxtəlif abidələr və memarlıq nümunələri mövcuddur. Zəfər Parkı Azərbaycanın müasir tarixinin simvolu olaraq, müharibə və sülh, qəhrəmanlıq və şəhidlərimiz haqqında xatirələrin yaşadığı bir məkana çevriləcək.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Seçilən
36
adalet.az

1Mənbələr