AZ

PwC şirkəti COP29 çərçivəsində karbon emissiyaların azaldılması çətin olan sənayelər üçün praktiki strategiyaları təqdim edən dekarbonizasiya üzrə ümumi səviyyəli sessiya keçirib (FOTO)

Bakı. Trend:

PwC şirkəti karbon emissiyalarının azaldılması çətin olansənayelər üçün xalis sıfır hədəfə nail olunması yollarını müzakirəetmək məqsədilə Azərbaycanın polad, sement, tikinti və enerjisektorlarından olan aparıcı ekspertləri bir araya gətirərəkdekarbonizasiya mövzusunda mühüm sessiya keçirib. Tədbirdə “BakuSteel Company”nin istehsalat direktoru Celal Öven, “NORM Cement”şirkətinin dayanıqlı inkişaf üzrə meneceri Elmar Məmmədov, “PMDProjects” MMC-nin direktoru Nəriman Topçubaşov və “SOCAR”-ınvitse-prezidentinin müavini Hikmət Abdullayev də daxil olmaqlagörkəmli natiqlər çıxış ediblər. Onlar Azərbaycanda karbonemissiyası yüksək olan sənayelərin üzləşdiyi çətinlikləri vəimkanları nəzərdən keçiriblər.

“PwC Türkiyə”-nin partnyoru Dr. Akif Kocanın moderatorluğu iləkeçirilən panel müzakirəsində dekarbonizasiyaya kompleks yanaşmanınzəruriliyindən bəhs edilib. “Yaşıl iqtisadi modelə keçidə nailolmaq bizdən xammal və istehsal proseslərindən məhsul dizaynına vəbazara hazırlığa qədər bütün dəyər zəncirini nəzərdən keçirməyitələb edir” deyə Dr. Akif Koca bildirib. O vurğulayıb ki, butransformasiya dayanıqlı inkişafı təmin etmək üçün logistika,təkrar emal və istehsal kimi aspektlərin səmərəliliyininartırılmasına yönəlmiş dairəvi iqtisadiyyat perspektivini özündəehtiva etməlidir. Dr. Kocanın sözlərinə görə, “yaşıl” keçid aparıcıyaşıl şirkətlər və yüksək karbon emissiya edən sənayelər arasındastrateji rəqabət yolu ilə inkişaf edəcək uzunmüddətli birprosesdir.

Sessiya zamanı bərpa olunan enerji, alternativ yanacaq növləri,elektrikləşdirmə, karbon tutma və rəqəmsal həllərin tətbiqi dədaxil olmaqla bir sıra karbonsuzlaşdırma üsulları daha dərindəntəhlil edilib. Süni intellekt, peyk monitorinqi və dronlar kimiinkişaf etməkdə olan texnologiyalar karbon emissiyalarınınizlənilməsi və azaldılması üçün effektiv vasitələr kimi vurğulanıbki, bu da onların dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda artanrolunu nümayiş etdirir.

Günay Əsgərova, PwC-nin Baş Meneceri şirkətlərə ESG profilinidaha real qiymətləndirməyə kömək edə biləcək sənaye normaları vəhesabatlılıq standartlarına dair praktiki məsləhətlər verməkləsessiyanı yekunlaşdırıb. O, şirkətin dekarbonizasiya məqsədlərinəçatmaqda əsaslandırılmış qərarların dəstəklənməsi üçün hesabatlılıqçərçivələrinin, iqlim dəyişmələri ilə bağlı risklərin vəimkanların, müvaiq maliyyə açıqlamalarının və məlumatlarınkeyfiyyətinin vacibliyini vurğulayıb.

“COP29” çərçivəsində keçirilən bu sessiya PwC-nin sektorlararasıəməkdaşlığı təşviq etmək və sənaye liderlərini dayanıqlı inkişaflabağlı dəyişiklikləri idarə etmək üçün lazım olan bilik vəresurslarla təmin etməyə önəm verdiyini bir daha nümayiş etdirib.Müzakirələr zamanı PwC-nin yaşıl keçidlə bağlı çoxşaxəli baxışındanbəhs edilib və şirkətlərin iqtisadi prioritetləri ilə ekolojiməqsədlərinin balanslaşdırılmasının vacibliyi qeyd olunub.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

[email protected];[email protected]

PwC
PwC
PwC
PwC
PwC
PwC
PwC
PwC
PwC
Seçilən
56
1
az.trend.az

2Mənbələr