Neftçala rayonunda 20 günlük körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Neftçala şəhəri M.Əsədov küçəsi ev 4 A ünvanında yerləşən binadakı mənzillərdən birində baş verib.
20 günlük Məsumə Elmin qızı Müzəffərova yaşadığı evdə nəfəs çatışmazlığından ölüb. Onun hansı şəraitdə boğulması hələlik məlum deyil.