Bakı. Trend:
Hazırda Dünya Bankının iqlim maliyyələşdirilməsinin 30 faizinəqliyyat infrastrukturunun dayanıqlığı ilə bağlı layihələrəyönəldilir.
Trend xəbər verir ki, bunuDünya Bankının Avropa və Mərkəzi Asiyada infrastruktur üzrədirektoru Şarl Kormiyer “Dənizə çıxışı olmayan ölkələrdə (LLDCs)iqlim dəyişikliyinə davamlılığın artırılması və dayanıqlı inkişafatöhfə: çağırışlar və imkanlar” mövzusunda keçirilən tədbirdədeyib.
O bildirib ki, 2017-ci ildə bu göstərici cəmi 10 faiz təşkiledirdi.
“LLDCs-lərin iqtisadiyyatları ticarət, təchizat zəncirlərinininkişafı və icmaların birləşdirilməsi üçün nəqliyyat infrastrukturuvə əlaqələrdən asılıdır. Mərkəzi Asiya isə daşqınlar və meşəyanğınları daxil olmaqla, artan iqlim riskləri ilə üzləşir.Məsələn, yalnız Qazaxıstanda 2019-cu ildə baş verən daşqınlarsəbəbindən ölkə iqtisadiyyatı ÜDM-in 0,5 faizini itirdi. Əgərnəqliyyat infrastrukturunun dayanıqlığı artırılmasa, 2060-cı iləqədər bu itkilər ÜDM-in 1,3 faizinə çata bilər”, - deyə obildirib.
Ş.Kormiyer qeyd edib ki, uyğunlaşma maliyyələşdirilməsi hələ dəkifayət qədər deyil.
“Qiymətləndirmələrə görə, hər il uyğunlaşma üçün 239 milyarddollar tələb olunur, lakin hazırda bu məbləğin yalnız üçdə birinigörürük. Üstəlik, iqlim maliyyələşdirilməsinin yalnız 2 faizinəqliyyat uyğunlaşmasına yönəldilib”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, bu problemi həll etmək üçün Dünya Bankıözəl sektoru cəlb etmək və digər beynəlxalq maliyyə institutlarıilə əməkdaşlıqda iqlim maliyyələşdirilməsini genişləndirməküzərində fəal işləyir.
“Biz Transxəzər dəhlizi kimi transsərhəd layihələrə, o cümlədən,dəmir yolları, avtomobil və dəniz nəqliyyatını əhatə edənlayihələrə sərmayə qoymağa davam edirik. Bu səylər LLDCs-ləriniqtisadiyyatını və iqlim dəyişikliyinə davamlılığınıyaxşılaşdırmağa kömək edəcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.