AZ

Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI

Bakı Fond Birjası bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin həcmini açıqlayıb.

"FED.az" BFB-yə istinadən xəbər verir ki, birja dövriyyəsi ən yüksək olan şirkət "ABB İnvest İnvestisiya Şirkəti"idir.

Məlumata görə investisiya şirkətinin dövriyəsi 40 milyard manata yaxınlaşıb.

"Paşa Kapital İnvestisiya Şirkəti"nin dövriyyəsi 21,5 milyard manata çatıb.

İl ərzində "Assist Finance İnvestisiya Şirkəti"nin 5,2 milyard manatı keçib.

"Unicapital İnvestisiya Şirkəti"nin 3 milyard manatdan yüksək olub.

"CPM-İnvest İnvestisiya Şirkəti"nin birja dövriyyəsi 2,7 milyard manatdan yüksək olub. 

"AzFinance İnvestisiya Şirkəti"nin dövriyyəsi  2,3 milyard manatı "İnvest.Az İnvestisiya Şirkəti"nin dövriyyəsi isə 1 milyard manatı ötüb.

Seçilən
45
fed.az

1Mənbələr