AZ

Vətəndaş cəmiyyətinin dəstəyi iqlim çağırışlarının öhdəsindən gəlmək üçün vacibdir - Dana Şükerbayeva

Bakı. Trend:

Vətəndaş cəmiyyətinin dəstəyi iqlim çağırışlarının öhdəsindəngəlmək üçün vacibdir.

Trend xəbər verir ki, bunuQazaxıstanın gənc iqlim QHT lideri Dana Şükerbayeva “Dənizə çıxışıolmayan ölkələrdə (LLDCs) iqlim dəyişikliyinə davamlılığınartırılması və dayanıqlı inkişafa töhfə: çağırışlar və imkanlar”mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti iqlim dəyişikliklərininöhdəsindən gəlməkdə əsas rol oynayır, çünki bu, yerli reallıqlarıdaha geniş həllər çərçivəsi ilə əlaqələndirən vacib birkörpüdür.

“Vətəndaş cəmiyyəti iqlim böhranı ilə mübarizə üçün lazım olandəyişikliklərin xəbərçisidir. O, iqlim dəyişikliklərindən ən çoxəziyyət çəkənlərin səsini gücləndirir və innovativ, inklüzivfəaliyyətləri təşviq edir”, - deyə o bildirib.

Dana Şükerbayeva qeyd edib ki, gənclər iqlim problemlərininhəllində fəal iştirak edirlər. Onlar mikro-yenilənmələr və ya süniintellekt əsaslı platformalar kimi yerli şəraitə uyğunlaşdırılmışhəllər hazırlayaraq innovativ rəqəmsal alətlər yaradırlar. Bununlabelə, bu hərəkatın genişləndirilməsi üçün vətəndaş cəmiyyətinətanınma və dəstək təmin etmək vacibdir, xüsusilə də dənizə çıxışıolmayan ölkələrdə.

“Bunun ilk addımı iqlim maliyyələşdirilməsinə çıxışınsadələşdirilməsidir. Tez-tez mürəkkəb bürokratik proseslər gənclərhərəkatlarından irəli gələn təşəbbüsləri diqqətdən kənarda qoyur.İkinci addım, artıq ərzaq təhlükəsizliyinə nail olmaqda kömək edənyerli innovasiyaların mübadiləsi və genişləndirilməsi üçünplatformaların yaradılmasıdır. Nəhayət, dövlətlər, özəl sektor vəvətəndaş cəmiyyəti arasında tərəfdaşlıqlar qurmaq lazımdır”, - deyəo vurğulayıb.

O, iqlim dayanıqlılığına nail olmaq üçün müxtəlif sektorlararasında tərəfdaşlıqların və qarşılıqlı əlaqənin vacibliyini qeydedib. Gənclər təşkilatları arasında əməkdaşlıq üçün böyük potensialmövcuddur.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
47
az.trend.az

1Mənbələr