1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Yaşıl rəqəmsal keçid termini məşhur ifadə kimi görünə bilər, lakin rəqəmsal alətin təkcə telekommunikasiyada deyil, həm də digər sektorlarda davamlılığı əhəmiyyətli dərəcədə artıra biləcəyini xatırlamaq vacibdir".
Oxu.Az xəbər verir ki, bu sözləri Litva Nəqliyyat və Rabitə Nazirinin müavini Aqne Vaytsyukeviçyute Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Yüksəksəviyyəli Dəyirmi Masada çıxışı zamanı deyib.
O bildirib ki, Litva müxtəlif sektorlarda rəqəmsal texnologiyaya keçidə töhfə verir:
"Artıq bizdə 4G, 5G texnologiyalar işlədilir. Kağızdan istifadə külli miqdarda azaldılıb ki, data istifadəsi genişləndirilsin. Bizim Özəl data mərkəzimiz var ki, burada xüsusi olaraq günəş enerjisindən istifadə edilir, eyni zamanda yaşayış mərkəzlərindən gələn istilik yenidən emal edilərək istifadə olunur".
Nazir müavini çıxışı zamanı əlavə edib ki, rəqəmsallığın gücləndirilməsi üçün innovasiyaların gücləndirilməsinə çalışmalıyıq.
"Rəqəmsal çağırışlar qarşımızdadır. Biz rəqəmsal transformasiyaların qlobal miqyasda karbon emissiyasının azaldılmasına töhfə verməsinə çalışmalıyıq".
Aygün Mirakif