Bakı. Trend:
İstixana qazlarının emissiyalarını azaltma strategiyalarına süniintellekt və rəqəmsal texnologiyaların inteqrasiyası zəruridir.
Trend xəbər verir ki, bunuBMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İngerAnderson “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada deyib.
“Təəssüf ki, biz qlobal istiləşməni 1,5 dərəcə səviyyəsindəsaxlamaq və hətta 2 dərəcədən aşağı saxlamaq hədəflərimizə doğruirəliləməkdə çətinlik çəkirik.
Keçən il karbon qazı emissiyalarına baxsaq, onların 1,3 faizartdığını görərik, halbuki bu rəqəmlərin iki rəqəmli şəkildəazalması lazım idi.
Hazırda hər il 57,1 giqaton səviyyəsində emissiya qeydə alırıq.Qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün 700giqatonluq limitə qədər çox az vaxtımız qalıb. Fizika qanunlarınaəsasən, bu hədd qaçılmazdır. Bu, o deməkdir ki, bizim həllediciaddımlar atmaq və mövcud trayektoriyanı dəyişmək üçün dörd ildən azvaxtımız var.
Bu səbəbdən bütün mövcud vasitələrdən istifadə etmək həyatiəhəmiyyət daşıyır və bu vasitələrə rəqəmsal texnologiyalar tamşəkildə daxildir. Süni intellekt və rəqəmsal texnologiyalarıemissiyaların azaldılması üzrə strategiyalarımıza inteqrasiyaetməliyik — bu, həyati əhəmiyyət kəsb edir,” - deyə ovurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.