AZ

Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb - DETALLAR

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı aparıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsöhbətlər ikitərəfli gündəlikdəki məsələləri müzakirə ediblər. Ermənistan və Fransa arasında siyasi dialoqun yüksək səviyyəsi və birgə proqramların həyata keçirilməsi yolu ilə əlaqələrin fəal inkişaf dinamikası məmnunluqla vurğulanıb.

Ararat Mirzoyan və Jan-Noel Barro iki ölkə arasında tərəfdaşlığın bütün istiqamətlərdə, o cümlədən iki nazirlik arasında sıx qarşılıqlı əməkdaşlıq vasitəsilə daha da dərinləşdirilməsinə yönəlmiş səyləri davam etdirmək barədə razılığa gəliblər.

Maraqlıdır ki, A.Mirzoyan eyni gündə, noyabrın 15-də İran XİN başçısı ilə də telefonla danışıb.

Mənbə: www.musavat.com

Seçilən
43
1
www.musavat.com

4Mənbələr