AZ

Yaponiya 2030-cu ilə qədər karbon neytrallığına nail olmağa çalışır - Eyqo Nomura

Bakı. Trend:

Yaponiya 2030-cu ilə qədər karbon neytrallığına nail olmağaçalışır.

Trend xəbər verir ki, bunuYaponiyanın Qlobal Strategiya Bürosunun Beynəlxalq Əlaqələr üzrədirektoru Eyqo Nomura “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusundakeçirilən yüksək səviyyəli dəyirmi masada deyib.

“Rəqəmsal texnologiyalar cəmiyyətin və iqtisadiyyatın əsasınıtəşkil edir. Proqnozlara görə, 2040-cı ildə dövriyyədə olanməlumatların həcmi 2020-ci illə müqayisədə təxminən 350 dəfəartacaq, əsasən süni intellekt dəstəyi ilə avatarlar və robotlarınartan istifadəsi sayəsində.

Yaponiyada, xüsusilə informasiya və kommunikasiya sənayesindəenerji istehlakının artması fonunda, bu sektorun“yaşıllaşdırılması” məsələsi daha da aktuallaşır. Yaponiyanınaparıcı telekommunikasiya operatorları da bu hədəfi qarşımızaqoyublar”, - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
81
1
az.trend.az

3Mənbələr