AZ

Səhər gümrah oyanmaq üçün nə etməliyik?

Səhər xoş ovqatla oyanmaq və günə yüksək əhval-ruhiyyə ilə başlamaq hər kəsin arzusudur. Lakin, çoxlarımız bunu bacarmırıq. Üstəlik, bir çoxları payızda yuxusuzluqdan əziyyət çəkirlər və səhər oyanmaqda çətinlik çəkirlər.

Bəs, nə etməli?

Ekspertlər hesab edir ki, səhər canlılığı üçün təmiz hava və işıq böyük əhəmiyyət kəsb edir.Bundan əlavə yuxu gigiyenasını yaxşılaşdırsanız və yuxu cədvəlinizə əməl etsəniz, səhərlər özünüzü enerjili hiss edə bilərsiniz.

News365.az xəbər verir ki, nevroloq Vasif Qasımov məsələ ilə bağlı bunları deyib:

"Səhər xoş ovqatda olmaq üçün düzgün iş rejimi və rituallar vacibdir. Tədricən oyanmaq, az miqdarda fiziki fəaliyyət, bir stəkan su və əlbəttə ki, səhər yeməyi şənliyin əsas amilləridir."

Həkim onu da əlavə edib ki, axşam saatlarında yataq otağı yaxşı havalandırılmalı, hava sərin olmalıdır:

“Səhər saatlarında səhər işığı oyanmağa və şadlanmağa kömək edəcək. Günəş şüaları kortizol istehsalını aktivləşdirir və yuxululuğu aradan qaldırır”.

News365.az

Seçilən
62
news365.az

1Mənbələr