AZ

UNEP tərəfdaşları ilə birlikdə "Eye on Methane" məlumat platformasını istifadəyə verib

Bakı. Trend:

Dünən UNEP tərəfdaşları ilə birlikdə "Eye on Methane" məlumatplatformasını istifadəyə verib.

Trend xəbər verir ki, bunuBMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İngerAnderson “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada deyib.

“UNEP-də biz böyük məlumatlar, süni intellekt və peyk təsvirləriilə işləyən rəqəmsal transformasiya proqramımızla qürur duyuruq.Məsələn, dünən tərəfdaşlarımızla birlikdə "Eye on Methane" məlumatplatformasını istifadəyə verdik. Bu platforma peyk məlumatlarınaəsaslanır.

Əgər platformaya daxil olub "Google AI" funksiyasını istifadəetsəniz, metan emissiyalarının mənbələrini və onların dəqiqyerlərini görə bilərsiniz. Biz bu emissiyalar haqqında şirkətlərəbildirişlər göndəririk ki, onlar düzəliş tədbirləri görə bilsinlər.Bu, Beynəlxalq Metan Emissiyaları Observatoriyası vasitəsilə həyatakeçirilir. Burada biz peyk təsvirlərindən, qabaqcıl süni intellekttexnologiyalarından və məlumatların qarşılıqlı analizindən istifadəedərək, belə məlumatları vaxtında çatdırırıq”, - deyə ovurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
71
az.trend.az

1Mənbələr