AZ

Yaponiya və Çin sabit münasibətləri inkişaf etdirəcəklər

Yaponiyanın Baş naziri Siqeru İsiba bildirib ki, o, Çin Sədri Si Cinpinlə ilk üzbəüz danışıqlarda “qarşılıqlı faydalı” və “sabit” münasibətləri inkişaf etdirmək barədə razılığa gəliblər. Bu barədə noyabrın 16-da Kyodo agentliyi məlumat yayıb.

Xəbəri “İzvestiya.ru” verib. 

Peruda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində görüşəndən sonra İsiba Çin liderinə bildirib ki, Tokio Çinin Tayvana və Yaponiyanın hava məkanına qarşı getdikcə aqressiv manevrlərindən “son dərəcə narahatdır”.

“Yaponiya ilə Çin arasında çoxlu fərqlər var. Lakin bunlara baxmayaraq, mən Prezident Si ilə daha çox görüşlər keçirməyə davam etmək barədə razılığa gəldim”, – İsiba jurnalistlərə bildirib.

İsiba Cinpini Yaponiya vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çağırdığını və Çin liderinin “bütün əcnəbilər” üçün də eyni şeyi edəcəyinə söz verdiyini söyləyib. Siyasətçilər gərginliyin azaldılmasının onların ümumi strateji maraqlarına xidmət edəcəyini başa düşdüklərini deyiblər.

P.ƏMİRCANOV

XQ

 

 

 

Seçilən
100
xalqqazeti.az

1Mənbələr