AZ

Rusiya XİN: "Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb"

Ermənistan tərəfinin bəyanatları İrəvanın KTMT-nin müxtəlif səviyyələrdə bütün formatlardan uzaqlaşdığını göstərir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin jurnalistlərə Ermənistanın noyabrın 28-də KTMT sammitində iştirak etmək imkanı ilə bağlı suala cavabında bildirib.

"Sualı Ermənistan tərəfinə ünvanlayın. Lakin Ermənistan tərəfinin bəyanatlarından görünür ki, hazırkı mərhələdə KTMT-nin müxtəlif səviyyələrdə bütün fəaliyyət formatlarında iştirakdan uzaqlaşır", - deyə Pankin cavab verib.

Qeyd edək ki, sammit Astanada keçiriləcək və burada Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi proqramının təsdiqlənməsi gözlənilir. Proqram bir neçə il üçün nəzərdə tutulub və bir sıra mərhələləri əhatə edir: imkanların dəqiqləşdirilməsi, praktiki icra, sərhədin bütün sahəsində reallaşdırma. O həmçinin təchiz edilən silahların nomenklaturasının düzəldilməsi imkanını nəzərdə tutur.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, "KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır".

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Varşavada təhlükəsizlik məsələlərinə dair beynəlxalq forumda bildirib ki, İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayır.

"Cebheinfo.az"

Seçilən
37
4
cebheinfo.az

5Mənbələr