445 MVt gücündə Biləsuvar və 315 MVt gücündə Neftçala günəş enejisi layihələrinin maliyyələşdirilməsi məsələləri üzrə prosesə yekun vuruldu.
Ümumi dəyəri 670 milyon dollar olan bu layihələr Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək.
Bu razılaşma, Azərbaycanın Masdar şirkəti ilə uğurlu tərəfdaşlığını, investorlar və beynəlxalq maliyyə qurumlarının ölkəmizə olan etimadını nümayiş etdirir.