AZ

Parlamentlərarası İttifaqın prezidenti COP29-a gözəl ev sahibliyinə görə Azərbaycana təşəkkür edib

Bakı. Trend:

Biz parlament üzvləri olaraq Bakı şəhərinin COP29-a gözəl evsahibliyi üçün təşəkkür edirik. Bu, qlobal əməkdaşlıq üçün gözəlimkan yaradır. Biz burada inklüzivlik və tərəfdaşlıq ruhunda iqlimböhranının öhdəsindən gəlməliyik. Daim çalışırıq ki, beynəlxalqdialoqu gücləndirək, insan hüquqlarını gündəmə gətirək, dahaədalətli dünya quraq.

Trend xəbərverir ki, bu fikirləri Tanzaniya Birləşmiş Respublikası MilliAssambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidentiTulia Akson noyabrın 16-da Bakıda keçirilən Parlament Görüşündəçıxışı zamanı deyib. Tədbirdə Parlamentlərarası İttifaqınAzərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı SevilMikayılova iştirak edir.

"İqlim dəyişikliyi həyatımızın bütün aspektlərinə təsirgöstərir. Biz çalışmalıyıq ki, planetimizi qoruyaraq gələcək nəsləçatdıraq. Son illərdə dünyada bir çox aşırı hava şəraitləriyaşanıb. İqlim dəyişməsi məsələsi doğrudan da böhran vəziyyətinəgəlib çatıb. Dünyanın müxtəlif regionlarında meşə yanğınları,infrastrukturun dağıdılması, təbii fəlakətlər baş verib və nəticədə30 milyona yaxın insan məcburi köçkünə çevrilib”, - deyə TuliaAkson qeyd edib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Məqalədə:
Seçilən
48
7
az.trend.az

10Mənbələr