AZ

KXDR ilə Cənubi Koreya arasında "GPS mübarizəsi" güclənib

Şimali Koreya Cənubi Koreya ilə sərhəddə radio və GPS siqnallarının susdurulmasının intensivliyini və sahəsini artırıb. Bu barədə Seuldakı hərbi mənbələrə istinad edən Yonhap agentliyi məlumat yayıb.

“Koreya Xalq Demokratik Respublikası(KXDR) noyabrın 8-dən 15-dək -ardıcıl səkkizinci gün GPS siqnallarını sıxışdırmağa cəhd edib”, – nəşr yazıb.

Əvvəlcə Koreya Respublikasının şimal-qərbində radio siqnallarla mübarizənin artması müşahidə edilib və bu, ən yaxın adalara da təsir edib. Noyabrın 14-dən etibarən isə rabitə və geolokasiya ilə bağlı problemlər Cənubi Koreyanın digər əyalətlərinə - Kyonqqido və Qanqvondoya da yayılıb.

Tural

Seçilən
43
news365.az

1Mənbələr