AZ

"İqlim dəyişməsi böhran vəziyyətinə gəlib çatıb" - PAİ prezidenti

"Biz parlament üzvləri olaraq Bakı şəhərinin COP29-a gözəl ev sahibliyi üçün təşəkkür edirik. Bu, qlobal əməkdaşlıq üçün gözəl imkan yaradır. Biz burada inklüzivlik və tərəfdaşlıq ruhunda iqlim böhranının öhdəsindən gəlməliyik. Daim çalışırıq ki, beynəlxalq dialoqu gücləndirək, insan hüquqlarını gündəmə gətirək, daha ədalətli dünya quraq".

"Unikal" xəbər verir ki, bunu Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Tulia Akson Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyişikliyi həyatımızın bütün aspektlərinə təsir göstərir: "Biz çalışmalıyıq ki, planetimizi qoruyaraq gələcək nəslə çatdıraq. Son illərdə dünyada bir çox aşırı hava şəraitləri yaşanıb. İqlim dəyişməsi məsələsi doğrudan da böhran vəziyyətinə gəlib çatıb. Dünyanın müxtəlif regionlarında meşə yanğınları, infrastrukturun dağıdılması, təbii fəlakətlər baş verib və nəticədə 30 milyona yaxın insan məcburi köçkünə çevrilib”.

Seçilən
15
unikal.az

1Mənbələr