AZ

Burkina-Fasolu direktor: "Azərbaycanda özümüzü evdəki kimi hiss edirik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda özümüzü evdəki kimi hiss edirik. Heç bir ayrı-seçkilik yoxdur".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Burkina Fasonun Energetika, Mədənlər və Karxanalar Nazirliyinin bərpaolunan enerjilər üzrə direktoru Nana Mirey deyib.
O bildirib ki, Burkina-Fasoda qısamüddətli yağışlı fəsillər hökm sürür:
"Əsasən, meşələrin bərpası ilə məşğuluq. Biz həmçinin günəş və biokütlə kimi bərpaolunan enerjilərə müraciət edirik".
O əlavə edib ki, Azərbaycan vətəndaşları çox qonaqpərvərdirlər:
"Burada irqçilik yoxdur. Başqa ölkələrdə daha çox irqçiliklə qarşılaşırıq, amma burada bizi yaxşı qarşıladılar".
Məhərrəm Əliyev
Seçilən
17
oxu.az

1Mənbələr