AZ

Kapitan: “Azı qışa kimi mövqeyimizi qorumaq istəyirik”

“Turan Tovuz” Premyer Liqada 13 turdan sonra 26 xalla 3-cü sırada qərarlaşıb. Bölgə təmsilçisinin kapitanı Şəhriyar Əliyev “FutbolPress“ə açıqlamasında performanslarını dəyərləndirdi:

“13 tura görə komanda pis çıxış etmədi. Bəzi oyunlarda qələbə qazana, bəzilərində məğlub ola bilərdik. Xallarımızı artırmaq imkanımız var idi. Buna baxmayaraq, 13 oyunda 1 dəfə uduzmuşuq və kollektiv olaraq nəticəmiz pis deyil. Bəzi oyunlarda çox yaxşı oynasaq da, xal itirmişik”.

Premyer Liqada birinci dövrənin bitməsinə beş tur qalıb. Əliyev qış fasiləsinə qədər mövqelərini qorumaq istədiklərini söylədi:

“Çempionat həqiqətən, ağır keçir. Hər komanda bir-birindən xal almaq potensialındadır. Qarşıdakı 5 oyunun 3-də Tovuzda oynayacağıq. Çalışacağıq ki, bu görüşlərdə maksimum nəticələr əldə edək və mövqeyimizi qoruyaq. Oyundan oyuna diqqət edirik. İstəyirik ki, hər matçda xal və ya xallar qazanaq. Azı qışa kimi mövqeyimizi qorumaq istəyirik. Bununçün də hər oyun maksimum nəticələr əldə etməliyik”.

Müdafiəçi avrokuboklar mübarizəsindən də söz açdı:

“Avrokuboklara vəsiqə uğrunda ağır mübarizə olacaq. Bəzi komandaların xalları az olsa da, görürsünüz ki, avrokubok zonasındakılardan xal götürə bilirlər. “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Zirə” də avrokuboklar üçün mübarizə aparır. Həqiqətən, çətin olacaq. İndi üçüncü sıradayıq, lakin bu mövqeyə güclü rəqabət var. Biz də çalışacağıq ki, xallarımızı artırmağa davam edək”.

Şahin Cəfərov

Seçilən
20
futbolpress.az

1Mənbələr